Konsaltinq xidmətləri

  • Milli şirkətlər üçün fərdi ixrac strategiyalarının hazırlanması
  • Ticarət prosedurlarını müəyyənləşdirmək və seçilmiş bazarlar/ölkələr və məhsullar üzrə idxal və ixrac təlimatlarını hazırlamaq məqsədi ilə xarici dövlət qurumları və agentlikləri ilə işin aparılması
  • Həm şirkətlər, həm də sənaye sahələri üçün ixracın inkişafı və Azərbaycan məhsullarının beynəlxalq bazarlarda təşviqi üçün marketinq və analitik tədqiqatların aparılması
  • Müxtəlif ölkələrdə ixtisaslaşmış strukturlarla qarşılıqlı əlaqə yaratmaq və məhsulların yeni bazarlara ixrac prosesinin effektivliyini təmin etmək məqsədi ilə konsaltinq xidmətləri
  • Məhsulun təhlili və xarici bazarlarda tanıtım perspektivlərinin araşdırılması, eləcə də alıcılar arasında tərəfdaş tapmaqda dəstək və konsultasiya
  • Kiçik və orta sahibkarlıq sektorunun nümayəndələri daxil olmaqla ixracatçıların potensialının artırılmasına yönəlmiş təlim seminarlarının təşkili
  • Azərbaycan və digər ölkələr arasında işgüzar əlaqələrin inkişafına yönəlmiş tədbirlərin və biznes missiyalarının, o cümlədən onlayn tədbirlərin təşkili
  • Azərbaycan ixracatçılarının beynəlxalq sərgilərdə, xarici şirkətlərin isə yerli sərgilərdə kollektiv və fərdi iştirakının təşkili
  • Yerli ixtisaslaşdırılmış sərgilərdə beynəlxalq alıcılar üçün, habelə beynəlxalq sərgilərdə yerli idxalçılar üçün "Hosted Buyer" proqramlarının təşkili
  • Potensial tərəfdaşlarla ikili görüşlərin, eyni zamanda xüsusi hazırlanmış və tam avtomatlaşdırılmış b2b platformasında onlayn görüşlərin təşkili