• slidebg1
  • slidebg1
  • slidebg1
  • slidebg1
  • slidebg1
  • slidebg1
  • slidebg1
  • slidebg1

Biz kimik

“Caspian Event Organisers LLC” şirkəti konqres, konfrans və iclaslar üçün geniş spektrli xidmətlər, o cümlədən planlaşdırma, layihə təşkili və yerində idarəetmə kimi xidmətləri təklif edir. Şirkətimizin servis xidmətlərinə sərgilərdə iştirakın təşkili, reklam kampaniyaların, rəsmi mərasimlərin, təntənəli axşam ziyafətlərinin, furşet, ekskursiyalar və idman tədbirlərinin keçirilməsi və digər xidmətlər daxildir.

İclas, konfrans və irimiqyaslı konqreslərin təşkili üzrə 15+ illik iş təcrübəsi sayəsində, peşəkar konfrans təşkilatçısı (PCO) heyəti bütün dövlət orqanları, beynəlxalq qurumlar və beynəlmiləl korporasiyaların etimadını qazanmışdır.

 

Nəyə görə məhz bizi seçməli

Təcrübəmiz

Yerli bazarda uzunmüddətli iş təcrübəsi bu sahənin ən son innovasiya və təmayüllərindən istifadə edərək hər bir sifarişçiyə və hər bir layihəyə fərdi istək və arzuları nəzərə alan həll variantı ilə yanaşmaqla, tədbirlərin uğurlu təşkili / həyata keçirilməsi üçün münbit zəmin yaradır. Bütün dünya üzrə hər il 200 tədbirin təşkil edilməsi çərçivəsində qazanılmış beynəlxalq iş təcrübəsi tədbirlərin uğurla həyata keçirilməsi üçün tələb olunan əsas amillərdən biridir.

Peşəkar kollektiv

Tədbirlərin təşkili və həyata keçirilməsi üzrə təlim keçmiş ixtisaslı kollektivin fəaliyyəti, tədbirlərin, habelə sifarişçilərə göstərilən xidmətlərin yüksək keyfiyyətini təmin edir. Dünya üzrə 27 ofisdə 1000 nəfərdən çox peşəkar tədbir təşkilatçısının çalışdığı qlobal şəbəkəyə malik şirkətlər qrupunun tərəfdaşı kimi, “Caspian Event Organisers LLC” şirkəti biznes üçün dəyərli və nüfuzlu forumlar olan tədbirləri təşkil edir, təşviqatını aparır və satışını gerçəkləşdirir.

Nüfuz

Şirkətimizin kollektivi dövlət strukturları, beynəlxalq qurumlar və korporasiyalarla uzunmüddətli və sıx əməkdaşlığı sayəsində etibarlı tərəfdaş kimi tanınır.